ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

BAKU.WS представляет новость на азербайджанском языке.
 
Hafiz Hacıyev: "Jirinovski harda rastıma çıxsa, onun nəinki qulağını, başqa yerlərini də kəsəcəyəm"

"Jirinovski harda rastıma çıxsa, onun nəinki qulağını, başqa yerlərini də kəsəcəyəm və ondan azərbaycanlılar və türklər barədə dediklərinin qisasını alacam". 

Bu sözləri ANS PRESS-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Partiya sədrinin fikrincə, Jirinovskinin dedikləri Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmayacaq: "Jirinovski əyyaşın, təlxəyin biridir. Nə danışdığının fərqində deyil. Belə bir adamın dediklərinə əhəmiyyət vermək lazım deyil. Rusiyanın özündə də Jirinovski ciddi adam kimi qəbul olunmur. Əyyaş və qeyri-ciddi bir fiqur kimi xarakterizə edilir. Odur ki, belə bir adamın Qarabağ və Azərbaycan haqqında dediklərinə münasibət bildirmək istəmirəm. Çünki Azərbaycanla Rusiya arasında münasibətlər yaxşıdır. Jirinovskinin sərsəm açıqlamaları bu münasibətləri poza bilməz". 

Onun sözlərinə görə, Jirinovskinin azərbaycanlılara və türklərə nifrətinin səbəbi qısqanclıqdır: "Mən onun bizə niyə nifrət etdiyinin səbəbini araşdırdım. Məndə olan məlumata görə, Jirinovskinin anasının türk kişilərlə çox yaxın əlaqələri olub. Anası azərbaycanlı kişiləri belində gəzdirib. Jirinovskinin yarısı azərbaycanlı da ola bilər. Ona görə, Azərbaycan haqqında belə sərsəm fikirlər bildirir".

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı davamlı açıqlamalar verir.