ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


BaKu.ws portalı «The Sun»a istinadən xəbər verir ki, Mançesterin iki klubunun matçında «şəhərlilər»in argentinalı ulduzu Karlos Teveslə «qırmızı şeytanlar»ın müdafiəçisi Rio Ferdinand toqquşublar. Zərbədən müvazinətini itirən Ferdinand yerə çöküb. Teves də özünü saxlaya bilməyib və yıxılmamaq üçün əllərini Ferdinandın belinə dayayıb.
Futbolda qayət adi toqquşmalardan biri «The Sun» fotoqrafının çəkdiyi fotoşəkillərdə isə şok mənzərə təsiri bağışlayıb.
«Biabır olmuşam! Komanda yoldaşlarım indi mənə sataşır, «Əcəba, Teves nə axtarırmış?» deyirlər», - Rio Ferdinand gülərək söyləyib.
Teves isə bu şəkildən söhbət düşən kimi qəhqəhə çəkdiyini deyib.