ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


alt

İdeya müəllifi və rejissoru olduğum Azərbaycan xalq rəqsləri televiziya layihəsinin birinci hissəsinə 7 ən qədim xalq rəqsləri daxildir.Bunlar: Tərəkəmə, Keçməməsi, İnnabı, Xançobanı, Qoçəli, Uzundərə və Vağzalı rəqsləridir. 2006 cı ildə Space MTRŞ da istehsal olunub. Hazırda 2009 cu ildə yenidən bu mövzuya qayıdaraq, onun davamı kimi, növbəti 7 ən qədim xalq rəkslərimizi ekranlaşdırıram. Bunlar Heyvagülü, Qazaxı,Turacı, Qıtqılıda, Yüzbiri, Şalaxo, və Mirzəyi rəqsləridir. Rəqsləri Azerbacanın ən məşhur musiqiçiıəri və rəqs ustaları ifa edirlər.Lahiyəni işləməkdə məqsəd – musiqimizə təcavüz olunan bir vaxtda istər instrumental, istərsə də, xareoqrafik baxımından unudulmaqda olan rəqslərimizi yenidən bərpa edib yaşatmaq və onlara sahib çıxmaqdır. Belə ki, burada hər rəqsin əvvəlində onun yaranma tarixini, mənbəyini etnoqraflar, tarixçilər, musiqiçilər və rəqs mütəxəssisləri açıqlayır. Və sonra hər rəqs onun üçün xüsusi qurulmuş dekorasiya fonunda əyani olaraq bir musiqiçi və bir rəqqas(ə) tərəfindən ifa olunaraq göstərilir.
Bununla da bu rəqslərin milli mənəvi dəyərlərimizdən qaynaqlandığı və qədim Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu sübuta yetirilir.

Müəllif və Rejissor: Vüsalə Mirzəyeva
Produser: Rüfət Məmmədov
Quruluşçu operatorlar: Əlövsət Aslanov, Elçin Əliyev