ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Milli.Az xəbər portalı "The Sun"a istinadən bildirir ki, İngiltərənin "Mançester Yunayted" klubunun fanatı Con Retter sevimli komandasının emblemini belinə döymə etdirib. Tatuajda qəribə heç nə yoxdur. Bir şərtlə ki, tatunun ölçüsü belə böyük olmayaydı.

51 yaşlı sürücü Con belinə rəngli tatunun vurulmasına 1000 funt-sterlinq ödəyib. Cantaraq sürücünün enli kürəyinə tatuajın çəkilməsi 16 saat davam edib.
Həmin vaxt ərzində darıxmamaq üçün Con "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqüssonun tərcümeyi-halını oxuyub.

MU-nun bir matçını da buraxmayıb bütün oyunları televizorda izləyən Con deyib: "Qoy klubum həmişə belimdə olsun. Bu emblem mənimçün çox əzizdir".

Elton Ağalarov
Milli.Az

"Qoy klubum həmişə belimdə olsun" - FOTO