ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Belçika futbol çempionatının ötən turunda ilginc hadisə baş verib. BaKu.ws portalı "Eurosport"a istinadən bildirir ki, dekabrın 26-da oynanmış "Sörkl"-"Brügge" matçında, oyun vaxtı qəfil meydana çıxan gənc fanat sevdiyi qızla evlənmək istədiyini deyib. Matçın şərhçisi dərhal aşağı düşüb, onu arenadan çölə çıxarıb.
Fasilədə isə şərhçi meydanda Frank adlı bu gəncə mikrofonu verərək sevdiyi Nataliyə eşqini izhar etməyə imkan verib.

Frank "Səni sevirəm, Natali: mənə ərə gələrsənmi?" deyəndən sonra Natali ağlayaraq meydandan çıxıb. Niyyəti baş tutmayan Frank da kor-peşman arenadan çıxıb.

Elton Ağalarov