ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Milli.Az xəbər portalının «France Presse» agentliyinə istinadən verdiyi məlumata görə, «Kral klubu»nun baş məşqçisi Joze Mourinyo komandasının 0:1 hesablı məğlubiyyətində rəqibin azarkeşlərini günahlandırıb. Məsələ ondadır ki, oyun ərzində «Osasuna» azarkeşləri «Real»ın hücumu zamanı ən azı 2 dəfə meydana əlavə top atıb və nəticədə madridlilərin hücumu yarımçıq kəsilib. Qaydalara əsasən, meydana artıq top düşən zaman hakim oyunu saxlayır. Bu qarşılaşmada hər iki hal «Real» futbolçularının rəqibin cərimə meydanına girdiyi zaman baş verib.

Mourinyo bunu «Osasuna»nın planının tərkbi hissəsi sayır. O, məğlubiyyətilərini məhz bununla əlaqələndirib.