ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73

Zabrat qəsəbəsi, 1 may küçəsində 90 yaşli ağacın təhlükə saçmasına son qoyuldu. Qol-budaq salan ağac bu küçədə yaşayanları həyəcan içində saxlayır. Elə çəkiliş qrupumuza da bu həyəcanlı anları yaşada bilib. Az qala əməkdaşımız Nurlan Rafiqoğlunun xəsarət alacağı bu qəzalı anları operatorumuz Samir Gülməmmədov lentə ala bilib. 

Ağac bar verəndə başını aşağı əyər deyiblər. Ancaq Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 may küçəsində yaşı 1 əsrə bərabər olan qovaq ağacı bar verməsə də, başını əyməklə sakinlərə narahatlıq gətirib. Müsahiblərim deyr ki, hər əsən külək onları daha da dəhşətə gətirir. Ağac hündür olduğundan qırılan budaqlar ətrafdakı evlərin həyətinə düşür. Çəkiliş aparan zaman ağacın bir böyük budağının qırılıb asılı vəziyyətə qaldığını gördük. Bu məqam da yoldan keçənlərdə qorxu hissi yaşadırdı. Evdə yaşayanlar isə qorxudan uşaqları həyətdə gəzdirməyə belə çəkinirdi. Çəkiliş vaxtı bu qırılan budağın üzərimizə düşməsi bu qorxunun əbəs olmadığını sübut etdi.

Gördüyünüz bu dalandan hər gün sakinlər keçirki onlarda həyatlarını təhükəyə atmış olur, bax elə buda sübutdur. 

Bu cür halların baş verməməsi üçün sakinlər ötən il Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə də müraciət də edib. Nazirlikdən bu il cavab da gəlib ki, həmin ağacın təhlükəsiz vəziyyətə gətirilməsi məqsədə uyğundur. Hündür qovaq ağacının enli gövdəsi evin həyətyanı sahəsini demək olar ki zəbt edib.

Sakin Xeybər Qasımov: "Dəfələrlə ekologiya müraciət etmişik deyrlər gələrik, uşaq məktəbə gedir-gəlir”.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətnin Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsi ilə əlaqə saxladıq. Qurumun rəisi Nurəddin Rayev şifahi olaraq bildirdi ki, həmin ünvandakı vəziyyətdən xəbərdardılar. Sadəcə həmin dalana yerləşən texnika olmadığından ağacı təhlükəsiz vəziyyətə gıtirmək müşkülə çevrilib. Ancaq bu həftənin çərşənbə günü texnika gətizdirib həmin ünvandakı ağacın çarəsinə baxacaqlar. Hər halda yayın gəldiyini nəzərə alsaq, təhlükəsizlik tədbirlərinin nə qədər zəruri olduğunu başa düşə bilərik. Nə də olmasa, söhbət insanların, xüsusən də balacarın həyatından gedir. 

90 yaşli ağacın da bəlkə tezliklə təhlükə saçmasına son qoyuldu deyir Zabrat qəsəbəsi, 1 may küçəsinin sakinləri. Qol-budaq salan ağac bu küçədə yaşayanları həyəcan içində saxlayır. Elə çəkiliş qrupumuza da bu həyəcanlı anları yaşada bilib. Az qala əməkdaşımız Nurlan Rafiqoğlunun xəsarət alacağı bu qəzalı anları operatorumuz Samir Gülməmmədov lentə ala bilib. 