ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Ötən gün ANS telekanalında qalmaqal yaşanıb. ANS PRESS-in məlumatına görə, "Adam içində” proqramına qonaq qismində qatılan prodüser Təranə keçmiş həyat yoldaşı müğənni Kərim Abbasov haqqında şok açıqlamalar verib. Son zamanlar sosial şəbəkədə övladının fotosunu paylaşan müğənninin bu hərəkətindən əsəbləşən prodüser, Kərimin hər kəsi aldatdığını bildirib. O iddia edir ki, ifaçının övladı yoxdur, yalandan bir başqa bir insanın uşağının şəkillərini paylaşır.

"Kərimin kim olduğunu mən bilirəm, onun hansı xəstəlikləri olduğu barədə xəbərim var. Kərim heç vaxt övlad sahibi ola bilməz, Allahıma min şükür, ailəli olduğumuz zaman qorxulu xəstəlik mənə keçmədi. Bundan əlavə hər kəsə yoldaşının 7 aylıq hamilə olduğunu deyəndə, mən onlarla üz-üzə gəldim, amma yoldaşının qarnı belinə yapışmışdı. Milləti yalandan aldatmasın, onun övladı yoxdur”. 

Proqramın aparıcısı Elgiz Əkbər bu sözləri eşitdikdə şoka düşərək, Kərim övladının dünyaya gəlməsi şərəfinə düzənlədiyi qonaqlıda olduğunu bildirdi: "Bu necə olur axı? Kərimin oğlu dünyaya gələndə qonaqlığa məni də çağırmışdı. Uşağa hədiyyə alıb getmişəm o qonaqlığa. İnanmıram ki, bu yalan olsun.” Təranə isə Elgizin bu sözlərinə "get hədiyyəni geri al, o səni də aldadıb” – deyərək cavab verdi. 

Kərimin hər kəsi aldatdığını iddia edərək sakitləşməyən Təranə, ifaçının bir vaxtlar qadınla deyil, başqasıyla xəyanət etdiyini vurğulayıb: "Ailəli olduğumuz müddətdə dəfələrlə mənə qadınlarla xəyanət etdi. Buna göz yumdum, amma o biri xəyanətinə göz yuma bilmədim. Qadınlıq qeyrətim buna icazə vermədi. Əgər hal-hazırda anası, həyat yoldaşı buna göz yumursa onlara halal olsun. Əgər rəhmətlik qardaşı sağ olsaydı, onun başını kəsib yanına qoyardı” -deyərək şok açıqlamalar verib.

Qeyd edək ki, bu gün "Adam içində” verilişində müzakirə davam edəcək Kərim Abbasov və Təranə Səmədova üz-üzə gələcəklər. İzləməyi unutmayın çox maraqlı olacaq.