КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

 

Beləliklə, Rusiya ondan gözlənilən gözlənilməzliyi ortaya qoydu. Necə deyərlər rus qəlbini başa düşmək çətin məsələdir. Üstəlik də rus qəlbi yumruq boyda olanda. O saat qəlb olmaq yaddan çıxır, qalır yumruq 

Görəsən bu dəfə yumruqda, ovucda digər respublikalar üçün nə var. 

Dövlətçiliyi laxtalanan, oyuncaq respublikaya çevrilmək yolunda iri addımlar atan, qarışıqlıqların zəif saldığı Ukraynadan rahat, arxayın, bayramqabağı Azərbaycana keçirəm. SSRİ xalq artisti Zeynəb Xanlarova Milli Məclisdə hündür divarların üzərinə getdi və onları öz imkanları hesabına alçaltmağa çalışdı. Başqa sözlə desək keçilməz barılar arxasında özünü və həyatını sadə camaatdan gizlədən bəzi azərbycanlıların üstəlik qeyri-qanuni olaraq Xəzəri də özəlləşdirməsi Zeynəb xanımı bərk əsəbiləşdirdi. Mən Zeynəb xanımı yaxşı başa düşürəm. Nə yaxşı bu qumlu sahillərdəyəm, nə yaxşı Xəzər var, sən varsan vətən, deyə sahil boyu ayaqyalın qaçan dünyanın xoşbəxtı mənəm deyən bu böyük qadın birdən görür ki, Xəzərin qumlu sahillərini onun əlindən, ayaqlarından alıblar. Təsəvvür edirsiniz...

Çıxdım hündür divara...

Barılar heç də həmişə belə tez yox olmur. 
Əhməd hardadır-dan kadr və kompüter effekti ilə kadr yoxa çixir… 
Barılar heç də həmişə belə gülməli olmur.

Və dünya artıq dəyişib. İnsanlar daha ayaqaltı olmaq istəmir. SSRİ xalq artisti Zeynəb Xanlarovanın Milli Məclisdə ucaltdığı Barının üstündən çox mətləblər gözə dəydi. Doğrudur, sənətkarımızın səsində bir hədə qorxu, təhdid tonu da var idi. Amma görünür, Zeynəb xanımı belə danışmağa vadar edən səbəblər var idi. Mən bu səbəblər sırasında doğrudanmı onun yarım hektar torpaq sahəsi istəyinin olub olmadığını bilmirəm. Bu fikri buraxaq icra hakimiyyətinin babalına. Amma səbəblər sırasında ciddi nəsə mütləq var. Və mən qəti olaraq bu fkirilə də razı deyiləm ki, Zeynəb Xanlarova müxalifətə keçib, çünki yaxın keçmişdə o Əli Kərimliyə də kişi adam demişdi. Əsla. Mən özümü məhz bu həqiqətə inandırıram ki, SSRİ xalq artistinə doğrudan da şikayətlənənlər olub və nəticədə parlamentdə bir barı məsələsi baş qaldırıb. Zeynəb Xanlarvanın barıya və ya hündür divara münasibəti ilə biz laaaap çoxdan tanışıq. 

Amma indi artıq bu aman o amandan deyil. Zeynəb Xanlarova hündür divarlarla özünü sadə camaatdan ayıranlara aman deyib, dad eliyir. Zeynəb xanımın çıxışından sonra dənizi xatırladıq, onun sahilini hasara alaraq, bütün dövləti dəyərlərin üstünə - su başına böyük çıxanları və böyük su başına çıxanları xatırladıq. Düzdür, indi qışdı, amma yay heç kimin monopoliyasında deyil, o gələcək, mütləq və hamı üçün gələcək və Zeynəb Xanlarova da isti yay qabağı bir sərin dəniz suyu xatırlatması verir. Ümumiyyətlə son zamanlar, xüsusilə Prezidentin məşhur bir nömrəli xidmətçi mövzusunda söylədiklərindən sonra məmurların özləri və ailləlri diqqət mərkəzinə tez-tez daxil olur. Sahibkarlar, iş adamları varlana, hətta təyyarə sahibi də ola bilər. BMT-nin indi çalışdığı binanı bir simvolik dollara Amerika dövlətinə iş adamı Rokfllerler satır və dünya ona başa düşür. Bu təbiidir. Amma məvaciblərini hamının bildiyi hökumət üzvlərinin, yüksək çinli dövlət məmurlarının ildırım sürəti ilə varlanmasını camaat başa düşməkdə çətinlik çəkir. Hərdən mənə elə gəlir ki, deyəsən bəzi nazirlərimiz, millət vəkillərimiz nə qədər maaş aldıqlarını unudublar. Elə ona görə də gəlin yaddaşımıı təzələyək. Yüksək çinli məmurlarımızın maaşları: 

Baş nazir 2230 AZN
Baş nazirin I müavini 1960 AZN 
Baş nazirin müavinləri 1870 AZN
Nazir 1750 AZN
Komitə sədri 1750 AZN
Millət vəkili 1575 AZN
PA-nın rəhbəri 2200 AZN
PA rəhbərinin müavini 1860 AZN
Dövlət müşaviri 1925 AZN
PA şöbə müdiri 1750 AZN
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 1750
İcra hakimiyyəti başçıları 1160-800 AZN

Biz heç kimin pulunu saymırıq. Bu ədəbsizlikdir. Amma varlandıqca dövlətlənən, özü dövlətləşən insanların uca barıya qalxaraq ordan camaata yuxarıdan aşağı baxması da ədəbdən deyil. Və mən heç o fikirdə də deyiləm ki, dəniz qırağı ilə qaçan bu oğrun alabaşları yalnız nazirlər və deputatlar gətirib azdırıb? Amma bir mənalıdır ki, bu barıları tikənlər, özləri ilə xalq arasında bir Çin səddi yaradanlar arasında ya nazirlərin özləri var. Ya da onlar kimlərisə burda himayə edir. Bilinir ki, villaları yalnız maaşa tikmək mümkün deyil. Bakının neçə yaşayış məntəqəsi var ki. Adını utanmadan çəkinmədən milyonerlər məhləsi, milyonerlər küçəsi qoymuşuq. Həmin ərazidə yaşayanlar isə gözəl bilir ki, bu milyoner kimdir. Hansı nazirdir və ya rektordur?' Necə qazanılıb bu pullar? Şəhrin oğrun yerlərində niyə gizlənir bu binalar? Neçə illərdir parlamentdə ilişib qalan gəlir deklorasiyası niyə millət vəkillərimizin boğazından keçmir? Şəffaf şəkildə hesabat verməyin nəyi pisdir? Gah bu, gah da başqa bir nazirzadənin forslu şəkillərini paylaşması bizə hansı informasiyanı verir və verməlidi?! Dövlət başçısı məmurlar üçün sarı işıq yandırır.

ANS Şirkətlər Qrupu və Milli qəhrəman Çingiz Mustafayev Fondundan İlin adamı mükafatını qəbul edəndə İlham Əliyev dünyanın ən nüfuzlu brend saatını qəbul etdi. Amma kiçik və bizcə çox əhəmiyyətli bir qeydlə:

Prezident belə deyir. Onun ardınca isə bunları. 

Məntiqi bağlılıq var? Var. Deməli dövlət adamına ifrat varlanmaq ayıbdır. Vətəndaşa yaxşı nümunə göstərmək lazımdır. Camaat nə deyər fəlsəfəsi işləməlidir. 

Bəs bu şəkillər nə deyir? Bu şəkil kimi oğlanlar qazandıqları hər qəpik üçün borclu olduqları insanlara-kasıblara niyə yandılıq verirlər? Axı onların atalarını vəzifəyə qoyan şəxs bizim dostumuzdur:

Bəs burada necə, məntiq görünür? 
Onlar eşitmirlər ki? 
Onlar görmürlər ki?
Şəffaf olmağın nəyi pisdir? 
Və nəhayət dənizin düüüüz qırağında da ev tikərlər? Doğrudur, bu barılar insan üçündür.. Bəs birdən dalğalar şahə qalxdı… Divar qurtaranda neyləyəcəyik? Qorxmursunuz? Mən qorxuram…