ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Yanğın 800 kv.m ərazini əhatə edib 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev Nizami rayonunda “8-ci kilometr bazarı” kimi tanınan bazarda baş verən yanğınla bağlı rəsmi açıqlama verib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Rza Xudiyev bildirib ki, bazarda baş verən yanğınla bağlı 102 xidmətinə saat 9:10 radələrində zəng gəlib.


Yanğının bazarda baş verdiyi nəzərə alınaraq yanğınsöndürənlər 3 saylı, yəni ən böyük həyəcan çağırışı ilə hadisə yerinə gəliblər. Yanğının söndürülməsinə 7 yanğınsöndürmə maşını cəlb olunub.


Rza Xudiyev deyib ki, yanğın 1 saatdan sonra söndürülüb və nəzarət altına alınıb. Bazarda 800 kvadrat metr ərazi yanıb. Dəymiş ziyanın həcmi və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir. Araşdırma aparılır.