ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Azərbaycanda qadın teleaparıcıların "Top-15"liyi
Düzgün və proporsional qamət, gözəl saçlar, ağ və səliqəli dişlər, məlahətli səs, mənalı jestlər, ağıl, etibarlılıq - müasir televiziyanın tələbləri bunlardır. Biz televizoru yandıranda ilk olaraq gözümüzə aparıcının üzü, saç düzümü, paltarı, əlləri dəyir. İstənilən telekanalda tamaşaçıda veriliş, reklam və ya şou ilə bağlı assosiasiya yaradan ilk şəxs aparıcıdır. Mütəxəssislərin fikrincə, yaxşı aparıcılar - qadınlar mütləq parlaq xarici görünüşə, gözəl nitqə, danışıq qabiliyyətinə və fikirlərini aydın çatdırmaq qabiliyyətinə malik olmadıdırlar. Diktorlar tamaşaçılar qarşısına ən yaxşı vəziyyətdə çıxmalıdır.

"Trend Life" 2010-cu ilə Azərbaycanda apardıqları verilişlər böyük marağa səbəb olan teleaparıcı qadınların "TOP-15" siyahısını hazırlayıb.

1. Birinci yerdə ANS Televiziyasının "Zərif Çərşənbə" verilişinin bir müddət öncə vəfat edən aparıcısı Mailə Muradxanlı gəlir. Əməkdar jurnalist hamıya sübut etdi ki, efiri bəzəyən ancaq yaş və cəsarət deyil, həm də zamanla əldə edilən peşəkarlıq və iş təcrübəsidir. Təəssüf ki, ağır xəstəlik hələ çox şey öyrənməli olduğumuz əməkdar jurnalisti aramızdan vaxtsız ayırdı.

2. ANS TV-nin "Zəif çərşənbə" verilişinin aparıcısı, ANS-in əməkdaşı Sevil Nuriyeva. O, artıq uzun illərdir ki, teleməkanda ən yaxşılardan biri olduğunu sübut edir.

3. ANS TV-nin "Zərif çərşənbə" verilişinin daha bir aparıcısı Gülnarə Məmmədova - şən, çoşğundur.

4. ATV və Space telekanallarında əyləncəli verilişlərin aparıcılarından olan, ən ekstravaqant aparıcı Tünzalə Əliyevaya (Toppuş bacını). O, bu gün ən çox tələbat olan və tamaşaçılarda müsbət emosiya yaradan aparıcılardandır.

5. ATV-nin "Burda və indi" verilişinin aparıcısı Dilarə Əliyeva. Aparıcı uzun illər ərzində maraqlı çıxışları, zarafatları, zərb məsəlləri ilə verilişinə olan yüksək marağı qoruyub saxlaya bilir.

6. ANS televiziyasının köhnə, lakin yeni ampulada təqdim edilən əməkdaşı Aytən Səfərova. O, "Kök altı" verlişində zarafatcıl, hazırcavab kimi təqdim edilib. Nəticədə "yumru" və heyranedici aparıcı ilə teledrayv alınıb.

7. ATV-nin sosial problemlərdən bəhs edən "Sən tək deyilsən" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı

8-9. İTV-nin "siam əkizləri". Bir çox verilişləri, o cümlədən "Eurovision"nun seçim turunu birgə aparan Leyla Quliyeva və Hüsniyyə Məhərrəmova var.

10. ATV-nin "Ulduz oldun" verilişinin aparıcısı Nanə Ağamalıyeva,

11. ATV-nin "Xalq ulduzu" verilişinin aparıcısı Sevinc Ağaşirinova,

12. Lider TV-nin "Qızıl pillə"sinin aparıcısı Zemfira Adıgözəlova,

13. Lider TV-nin "Həyat tərzi" verlişinin aparıcısı Lamiyə Ələkbərova,

14. AzTV -də "Səadət" verilişinin aparıcısı Sevinc Muradova,

15. ANS TV-nin "İncə maraqlar" verilişinin keçmiş aparıcısı, hazırda isə "Sabiranə" verilişinin aparıcısı Rövşanə Bektaşi.