КРЕДИТ НАЛИЧНЫМИ В ВТБ С МИНИМАЛЬНОЙ ПРОЦЕНТНОЙ СТАВКОЙ ОТ 10,49%

 

Изображение новости:

14:55

Teleaparıcı Ulvira Qarayeva bunları dedi: 

"Hadisəylə bağlı mən də başqaları kimi eşitmişəm. Heç nədən xəbərim yoxdur. Amma gün ərzində açıqlama verəcəyəm". 

Söhbət əsnasında dəqiqləşdirdik ki, "Toy olsun" evlilik şousunun aparıcılarından biri olan Ulvira bu gün də canlı yayımla öz verilişində tamaşaçılarının görüşünə gələcək.

---------
10:43

Nərimanov rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, Tərlan Mustafayev tanımış telıeaparıcı, ANS telekanalında yayımlanan “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşıdır. Onu “Gənclik” metrosunun yaxınlığındakı meşəlikdə vurublar. Hazırda vəziyyəti ağır olduğundan T.Mustafayevi dindirmək mümkün olmayıb.  

----------
09:39

Anspress xəbər verir ki, ötən gecə paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Metronun Gənclik stasiyasının yaxınlığında qeydə alınan hadisə zamanı 21 yaşlı Mustafayev Tərlan Ağa oğlu bıçaq xəsarəti alıb. Naməlum şəraitdə yaralanan Tərlan Mustafayev hadisədən sonra vaxtında özünü bir saylı şəhər xəstəxanasına çatdıra bilib. Dərhal əməliyyat otağına çatdırılan Tərlanın müayinəsi zamanı onun qarın boşluğundan bir bıçaq yarası aldığı müəyyən edilib.

Faktla bağlı barədə məlumat daxil olan kimi Nərimanov rayon polis idarəsi və 16-cı polis bölməsini əməkdaşları hadisə yerinə yollanıblar. Artıq idarənin əməliyyat istintaq qrupu zərərçəkən Tərlan Mustafayevin izahatını alıb. Tərlanın hansı şaraitdə və kim tərəfindən bıçaqlandığını müəyyən etmək istiqamətində isə axtarışlar davam etdirilir.

Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Şahin Cavadsoy
Milli.Az