ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Müğənni Xuraman Şuşalı dünən “Lido” restoranında çox da böyük olmayan məclis quraraq, özünə toy edib.

Lent.az-ın məlumatına görə, toy sadəliyi və adiliyi ilə yadda qalıb. Toy gününə qədər Xuramanın sirr kimi saxladığı həyat yoldaşı ANS telekanalında yayımlanın “Qulp” verilişinin prodüseri Elçin Məmmədov imiş. Cütlük toyu hamıdan gizlətməyi üstün tutub. Toyda ANS telekanalının əməkdaşlarından olduqca az adam gözə dəyib. Qeyd edək ki, əvvəlki xəbərlərdə iranlı olduğu iddia olunan bəy – Elçin Məmmədov əslən Şabran rayonundandır.

Xuraman özü də sənət yoldaşları arasında seçim edib. Onun toyunda xalq artisti Firəngiz Mütəllimova və bacısı, aktyorlar Coşqun və Rafael, yumoristlər Fərda və Elməddin, müğənnilər Elariz, Elnur Məmmədov, Natəvan Həbibi, Nazənin, Səidə Sultan, Rəqsanə, prodüser Pərviz Əsgərov, Təranə Səmədova və digər ən yaxın dostları iştirak ediblər.

Gəlinlə bəy məclisə saat 21-də qədəm basıblar. Açıq havada gerçəkləşən toya cütlük “Hummer limuzin” markalı avtomobillə gəlib. Səbəbkarlar öncə müvafiq sənədləri imzalayaraq, “Nikah haqqında Şəhadətnamə”ni qəbul ediblər. Şahid qismində isə jurnalist Cavanşir Babəlioğlu və müğənni Səidə Sultan sənədi imzalayıblar. Daha sonra Xuramanın ifasında lirik mahnı səslənib və cütlük birgə rəqs edib.

Yerlisi Firəngiz Mütəllimova toyun təkrarını Şuşada keçirməyi arzu edib.

Rüfət Axundovun idarə etdiyi məclisi Tunar, daha sonra Xuraman, Natəvan və Səidə üçlüyü davam etdirib.

Natəvan həmkarına “sən də getdin, qaldıq Səidə ilə mən” - deyib. Natəvanın bu sözlərindən sonra üçlük “Yalvara-yalvara” mahnısını oxuyub, məclisi nəşələndirə biliblər.

Toyun digər maraqlı məqamlarından biri də müğənni Elnur Məmmədovun mətbuat işçilərini dəvət edib onlardan xeyir-dua istəməsi olub.

Toyu Emil Bədəlov, Rəqsanə, Elton Hüseynəliyev şənləndirməyə çalışsalar da dedi-qodulu şou adamlarının toylarından fərqli sakit və adi şəkildə başa çatıb.

Lalə

Изображение новости:
Изображение новости:
Изображение новости:
Изображение новости:
Изображение новости:
Изображение новости:
Изображение новости:
Изображение новости: