ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

Türkiyənin məşhur ifaçısı Ziynet Sali Murad Arif'in bəstələdiyi "İstanbul" mahnısını Ozan Doğulu'nun oranjimanında ifa edib.
Məşhur sənətçi yeni çıxacaq "Sonsuz Ol" adlı albomunda mahnını yerləşdirdiyini bildirib.

Kral TV-də MEHMETIN GEZEGENINDE qonaq olan Ziynet Sali, bu mahnını çox sevdiyini VƏ KLİP ÇƏKDİRƏCƏYİNİ bildirib.
Həmçinin telefon zəngi ilə Murad Arif'in canlı yayıma qoşulması ilə də bu mahnı üzərinə diqqət daha da artıb.

Xatırladaq ki, 2009-cu ildə Murad Arif'in bəstələdiyi "İstanbul" adlı mahnı az bir müddətdə böyük kütlə tərəfindən sevilmişdi.
Xəyyam Nisanov'un ifasında səslənən "İstanbul" mahnısı ölkəmizlə yanaşı Türkiyədə də məşhurlaşmış, VƏ SUAT ATEŞDAĞLININ "BOSPHORUS NİGHT" albomunda yerləşdirilmişdi.
Həmçinin Xəyyam Nisanov bu mahnıya Türkiyədə klip də çəkdirmişdi.