ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:
Həmkarlarından fərqli olaraq yaradıcılığında daha çox rok musiqisinə üstünlük verən müğənni Elnarə Xəlilova yeni bir layihəyə imza atıb.

“Gec olsun, güc olsun” prinsipi ilə çalışan müğənni növbəti klipini çəkdirib.

 “Qan” qrupunun solisti olan E.Xəlilova “Təlqin” adlı mahnı ifa edib.

Həmin mahnıya “Bakıfilm” studiyası tərəfindən klip də çəkilib.

Qeyd edək ki, mahnının sözləri Qurani-Kərimin “Yasin” surəsindən götürülüb.

gün.az