ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости:

 
Bir neçə dəqiqə öncə Yasamal rayonunda zəncirvari qəza baş verib. 

 

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Əsəd Əhmədov küçəsində yüksək sürətlə hərəkət edən "ZİL" markalı yük maşını yolun kənarında dayanan 22 minik maşınını əzib. Metronun "İnşaatçılar"  stansiyasının yaxınlığında baş verən qəzada avtomobillərə ciddi zərər dəyib. Xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.


Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəzada bir qadın və bir uşaq yüngül yaralanıb. Hazırda polis əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.