ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Изображение новости: Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, müğənni bu gün saat 7 radələrində 6 bıçaq yarası ilə xəstəxanaya gətirilib. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 bıçaq zərbəsi alıb. Müğənni artıq əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti orta-ağırdır.

Xəstəxanadan həmçinin bildirildi ki, müğənni ilə yanaşı onun iki mühafizəçisi - Ramin Bayramov və Azər Musayev də bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

*****

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə,
hadisə baş verəndən sonra Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını sürərək Kliniki Tibbi Mərkəzə gəlib. Maşının salonu qan içində olub.

İlkin məlumata görə, hadisə bu gün səhər saatlarında Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə baş verib.

Hadisənin nə səbəbdən və kimlər tərəfindən törədilməsi hələlik bilinmir.

******


Kliniki Tibbi Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, Faiq Ağayevin cangüdənləri 33 yaşlı Ramin Bayramov 1, 35 yaşlı Azər Musayev isə 2 bıçaq yarası alıb. Hər iki cangüdənə qarın nahiyələrindən bıçaq xəsarəti yetirilib.

Hal-hazırda hər üç yaralı reanimasiya şöbəsindədir. Onlar hələ narkozun təsirindən ayılmayıblar.

******

Nəsimi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, faktla bağlı AR Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar rayon polisi və Prokurorluq tərəfindən aparılır.

*****

Müğənninin yaxınlarının ANS TV-yə verdiyi məlumata görə, hadisə Nəsimi rayonunun "Kubinka" adlanan ərazisində F. Ağayevin özünə məxsus maşını idarə edərkən yolda digər sürücü ilə aralarında yaranmış mübahisə zəminində baş verib.