ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Aktyor Elçin Həmidov vəfat etdi.


Milli.Az xəbər portalı bildirir ki, aktyor Elçin Həmidov dünyasını dəyişib. Onun 2 gün əvvəl evində tək vəziyyətdə qalaraq vəfat etdiyi bildirilir.
Aktyor tamaşa ilə əlaqədar teatra getmədiyindən onu axtarmağa başlayıblar. Həmkarları nəhayət, bu gün polisə müraciət edublər. Nərimanov rayon ploi əməkdaşları onun evinə gedib, qapını sındıraraq işəri giriblər. Elçin Həmidovu ölmüş vəziyyətdə tapıblar.

Nəriman rayon rayon prokurorunun müavini Cavid Quliyev Milli.Az xəbər portalına bildirdi ki, onun meyiti 1 saat əvvəl, 20.00 radələrində evində aşkarlanıb. Ölümünün səbəbləri dəqiqi məlum olmasa da, ürək tutumasından vəfat etdiyi ehtimal olunur.

Elçin Həmidov Bakının Nərimanov rayonundakı mənzilində tək yaşayırdı. O, dünyasını dəyişəndən xeyli sonra tapılıb. İlkin məlumatlara görə, ölümün səbəbi irsi xəstəlikdir.

Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov Milli.Az xəbər portalına açıqlamasında
dedi ki, Elçin Həmidov Muskomediyanın aktyoru olsa da, "Gənc Tamaşaçılar"da da rol almışdı. Bir neçə gündən sonra tamaşanın nümayişi olmalı, Elçin səhnəyə çıxmalı idi. Elnur Kərimovun dediyinə görə, Elçinin evinə polislərlə birgə aktrisa Kübra Əliyeva da gedib.

Xatırladaq ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ildə anadan olub. E. Həmidov 1981-ci ildə İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərir. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.

O, "Olmadı elə, oldu belə"də Gülüstan, "Boşanaq, evlənərik"də İkram, "Qarğa məndə qoz var"da Zərzibonskaya, "Qızıl gül"də Azay, "Beş manatlıq gəlin"də Nadir, "Özümüz bilərik"də Miriş, "Subaylarınızdan görəsiniz"də Mayıl, "Hərənin öz ulduzu"nda Nəzir, "Nəğməli Könül"də Mustafa, "Səhnədə məhəbbət"də ofisiant, "O olmasın, bu olsun"da Rza bəy, "Talelər qovuşanda"da Potuş və başqa surətləri məharətlə oynadığına görə tamaşaçıların rəğbətini qazanmışdı.

Bununla yanaşı, Elçin Həmidov parodiyaları, "KVN Planet Parni iz Baku"dakı rol və personajları, habelə "Məhəllə" filmindəki rolu ilə məşhurlaşmışdı.

Ətraflı məlumat veriləcək.

Allah rəhmət eləsin!