ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Aygün Kazımova: "Mən bir neçə dəfə Rəqsanənin tədbirinə qonorar müqabilində qatılmışam"


Xalq artisti Aygün Kazımovanın BaKu.ws portalına müsahibəsi


- Aygün xanım, öyrəndik ki, Gürcüstana gedirsiniz. Nə səfəridir bu?

- Bəli, Gürcüstana yola düşürəm, Novruz bayramı ilə bağlı konsert verəcəm. Canfəşanlıqla bu konsertə hazırlaşırıq. Xatirlayırsınızsa mən sənətə təzə gələndə Bahar qızı rolunda “Novruz” mahnısını ifa etmişdim. Həmin mahnını yeni aranjemanda oxuyacam və konserti həmin mahnı ilə açacam. Çox möhtəşəm bir konsert olmalıdır. Gürcüstan prezidenti Mixail Saakaşvili də həmin mərasimdə iştirak edecek.

- Bu ilə hansı planlarınız var?

- Planlar saysız-hesabsızdir. Çox yaxında böyük bir təqdimatımız olacaq. Onu deyə bilərəm ki, bu layihə ilə məni daha yaxından tanımaq şansı qazanacaqsınız. Məhz bu məqsədlə ötən gün çox maraqlı fotosessiya elətdirmişəm. Diqqətlə baxsanız tikişlərimin izini də görə bilərsiniz.

- Əməliyyat demiş, əvvəlki Aygündən əsər-əlamət qalmayıb, nələr baş verir?

- Əməliyyat proqramım hələ bitməyib, amma yekunlaşmaq üzrədir. Bu il tamaşaçılar bam-başqa Aygünlə təmasda olacaqlar.

- Aygün xanım, repertuarınıza müraciət edənlərə reaksiyanız necə olur?

- Normal, amma təbii ki, ifa pis olanda həmin şəxsi dəstəkləyə bilmərəm.

- “Xoşbəxt illər” mahnısını əvvəl Sevinc Musayeva, sonra da model Nigar Talıbova ifa etdi.

- Sevinci mən dəstəkləyirəm, “Yeni ulduz” yarışmasından bu yana diqqət vermişəm. Sevinc öz üzərində çox çalışır. Mahnını bir qədər fərqli səpkidə, özünəməxsus tərzdə ifa edib. Nigarın ifasını eşitməmişəm, amma eşidəndəki oxumaq istəyir və elə həvəslə başlayıb ki, mən də istədim ona haradasa kiçik bir kömək olum.

- Bizim şou-biznesdə gənclərin dəstəklənməsi ilə bağlı kölgədə qalan bir mövzu var. Məşhurlarımız, ulduzlarımız gənclərlə ifa etdiyi dueti, müəyyən layihədə bir araya gəlməyi, yaxud yeni ifaçının təqdimatına qatılmağı müəyyən qonorar müqabilində həyata keçirir və bu, "gənclərin dəstəklənməsi" adlandırılır. Amma sənətçilər bunun qarşılığında pul aldıqlarını birmənalı şəkildə təkzib edirlər. Bu faktların olması ilə razılaşırsınız?

- Bəli.

- Şəxsən sizin təcrübənizdə belə hallar olub?

- Olub.

- O zaman şou-biznes tarixində bu açıqlamanı və bu etirafı edən ilk şou-biznes nümayəndəsi siz olacaqsınız.

- Artıq boynuma qoydunuz... Mən Rəqsanənin tədbirinə qonorar müqabilində qatılmışam. Özü də bu, bir neçə dəfə olub.

- Bildiyim qədərilə qızının ad günündə sizə vəd olunan 5000 manat tam ödənilməyib.

- Elə bir şey olmuşdu. Amma sonradan həll oldu bu məsələ. Bilirsiniz, bu normal bir haldı. Mənim onunla elə bir münasibətim yoxdu. Rəqsanə mənim üçün adi bir müştəridi. Bu, normal bir reklam sifarişidir. Sən artıq adını satırsan. Bu qədər reklam təklifləri boşuna deyil ki. Tarixi qaldırsanız, araşdırsanız görərsiniz ki, başqaları ilə müqayisədə reklam sifarişləri mənə daha çox olub. Niyə məhz mən? Çünki, mən o məhsulu düzgün təqdim edəcəm.
O ki qaldı gənclərin dəstəklənməsi, bu sözün əsl mənasında tam başqa bir mövzudur.

- Məsələn, Alla Puqaçova, yaxud Sezen Aksunun yetirmələri status etibarilə haradasa öz ustadlarına yaxınlaşırlar. Bizdə belə məktəblər yoxdu. Şəxsən siz istərdinizmi bu tip yaradıcılıq mərkəziniz olsun?

- Xahiş edirəm, siz mənim fikirlərimi, ideyalarımı qabaqcadan açıqlamayın. Mənim bu haqda da düşüncələrim var. Hesab edirəm bunun da zamanı gələcək. Ona görə yox ki, bu, kimlərdəsə var, bizdə yox. Sadəcə ona görə ki, buna ehtiyac var. Son vaxtlar şou-biznesdə keyfiyyətsizlikdən çox bəhs olunur. Zərurət olandan sonra inanıram ki, mən və digər həmkarlarım bu işin əsasını qoyacaqlar.

- İlqarə ilə bağlı planlarınız nədir?

- Bu barədə hələ danışmaq istəmirəm, vaxt gələcək mənim necə prodüser olduğumu görəcəklər.

Nəzakət
Milli.Az