ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun modelyer qızı Kəmalə İbrahimova yeni kolleksiyasının təqdimatını keçirib. Kolleksiya 15 ziyafət geyimindən ibarətdir. Niyə məhz ziyafət geyimləri sualına isə Kəmalə özünəməxsus tərzdə cavab verir: "Doğru" ziyafət geyimlərini tapmaq elə də asan deyil".


Haute Couture kolleksiyasının hər bir geyimi gözəldir. Bantla bəzədilmiş uzun tafta geyim sahibəsinə zəriflik bəxş edəcək. Qara gipür geyim isə minimalizmi ilə seçilir. Kolleksiyada kokteyl geyimləri də var. Bütün libaslar əl işidir və Azərbaycanda hazırlanıb.


Kolleksiya əsasən, qara rəng qammasındadır. Bu rəng bütün zamanların klassikası hesab olunur və Kəmalənin sevimli rəngidir. Lakin hər bir müştəriyə geyimin rəng çalarını seçmək imkanı verilir.


DECAMIE brendinin yaradıcısının əsas hədəfi Azərbaycan modasının xaricdə inkişafıdır. Brendin apardığı işlərə nəzər saldıqda, markanın nəinki Azərbaycanda, eləcə də xaricdə uğur qazanacağına əminlik hissi yaranır.