ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


Aygün Kazımova: «Namiq Qaraçuxurlu ilə münasibətlərimizə nöqtə qoyuldu!»

Xəbər verdiyimiz kimi xalq artisti Aygün Kazımova avqustun 13-14 tarixlərində iki əyləncə mərkəzində yay konserti proqramı ilə çıxış edəcək. Sənətçinin plastik əməliyyatdan sonra səhnədə ilk çıxışı tamaşaçılarda böyük marağa səbəb olub. Onun mahnılarını dinləməklə yanaşı, dəyişən simasını görməyə gələnlər çox olacaq. Plastik əməliyyatı barədə hələlik danışmayan sənətçi haqqında deyilənlər çox maraqlıdır. Belə ki, onun dodaq slikonlarını çıxardığı, göz nahiyyəsində artıq qırışların aradan qaldırıldığı və üzi dərisinin dartıldığı deyilir. Eyni zamanda xalq artistinin çəkisində də azalma müşahidə edilib. Həkimlərinin Aygün xanımın bundan sonra plastik əməliyyata girməsinə də qadağa qoyması yeni xəbərlər sırasındadır. Belə ki, onun növbəti riski həyatı təhlükəyə səbəb ola bilər.

Aygün Kazımova hazırda konsertləri ilə yanaşı, bir sıra maraqlı layihələrinin həllinə başlayıb. A.Kazımovanın Milli.Az xəbər portalına bildirdiyinə görə, payız aylarında Azərbaycanda keçirilməsi nəzərdə tutulan «Best Model of Azerbaycan»a rəhbərlik etməyə hazırlaşır. Müğənni bəzi şərtlərinin yerinə yetirələcəyi təqdirdə, prezident kürsüsündə əyləşəcəyini bildirib:

«Prezidentlik qərarımı yalnız şərtlərim yerinə yetiriləcəyi təqdirdə qəbul edəcəm. Bunun üçün də böyük əngəl görmürəm. Hazırda müsabiqənin Türkiyədə oturan təşkilatçıları ilə danışıqlar aparılır. Mənim uzun zaman görünməməyimin səbəbi yalnız layihələrimlə bağlı olub. Özüm bu aralar efirdə görünməyi vacib bilmədim. İşlərimi yekunlaşdırandan sonra əksər dəvətləri qəbul edəcəm. Onu da qeyd edim ki, mənim türk mahnılarını oxumaq hobbim var. Son müddətdə bir neçə mahnı yazdırmışam. Bu günlərdə isə Sibel Canın «Bütün aşklar alaturka» mahnısını oxudum» - deyə xanım Kazımova bildirib.

Sonda xalq artistindən meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətlərinin pozulması məsələsinə bir daha münasibətini öyrəndik. Xatırladaq ki, «Çal-çağır» verilişində sənətçi Namiqlə ayrılması barədə deyilənlərə aydınlıq gətirərkən «od olmasa, tüstü çıxmaz» cavabını verib və xəbəri dolayısı ilə də olsa təsdiqləmişdi.
Milli.Az-a bugünkü açıqlamasında Aygün Kazımova «İsti münasibətlər artıq yoxdur. Temperatur getdikcə aşağı düşür. Münasibətlərə demək olar ki, nöqtə qoyulub» dedi. Bu ifadələri ilə A.Kazımova xəbəri bir daha təsdiqlədi.

Xədicə