ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


"Neftçi" 6 ildən sonra Azərbaycan çempionu oldu


Bakının “Neftçi” klubu 6 illik çempionluq həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə. Arif Əsədovun yetirmələri Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL-ı məğlub etməklə son 3 turun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıb.

Sonuncu dəfə 2004/05 mövsümündə qızıl medallara sahib olan “ağ-qaralar” bununla da çemponluq sayındakı liderliyini daha da möhkəmləndirib. 6-cı dəfə ölkə çempionu olan bakılılar 5-ci dəfə qızıl medallara sahib olacaq. Bu da 1996/97 mövsümü ilə bağlıdır. O vaxt əsas komandaların yarışında çempion olub Çempionlar Liqasında ölkəmizi təmsil edən “Neftçi”yə yalnız gümüş medallar verilmişdi. AFFA-nın bonus xallar hesabına çempion elan edib qızıl medal verdiyi “Qarabağ”ın birinciliyi isə nə UEFA, nə də indiki PFL tərəfindən tanınır.

Bunlardan, yəni indiki, bundan əvvəl sonuncu olan və qalmaqallı çempionluqlardan başqa 1992, 1995/96, 2003/04 mövsümlərində də “Neftçi” azərbaycanın ən yaxşısı olub. İndisə “ağ-qaralar” paytaxt klublarının hegemonluğunu davam etdirib. “Xəzər-Lənkəran”ın 2006/07 mövsümündə qazandığı çempionluqdan sonra bakılılar qızıl medalları bir-birinə ötürərək estafeti əllərində saxlayır.

Bütün Azərbaycan çempionları

mövsüm çempion
1992 “Neftçi” Bakı
1993 “Qarabağ” Ağdam
1993/94 “Turan” Tovuz
1994/95 “Kəpəz” Gəncə
1995/96 “Neftçi” Bakı
1996/97 “Qarabağ” Ağdam (AFFA-nın versiyası)
“Neftçi” Bakı (UEFA-nın versiyası )
1997/98 “Kəpəz” Gəncə
1998/99 “Kəpəz” Gəncə
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 sona çatdırılmayıb
2003/04 “Neftçi” Bakı
2004/05 “Neftçi” Bakı
2005/06 “Bakı”
2006/07 “Xəzər-Lənkəran”
2007/08 “İnter” Bakı
2008/09 “Bakı”
2009/10 “İnter” Bakı
2010/11 “Neftçi” Bakı

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutacaq 3 qarşılaşmadan 1-i ikinci, digərləri ilk “altılıq”da keçirilib.

Səfərdə AZAL-ı məğlub edən “Neftçi” ilk hissədə vurduğu erkən qolların sayəsində çempionluğu bayram edib. “Təyyarəçilər” isə bundan sonra yalnız büüncə ümid edə bilər.

“Neftçi”nin çempionluğunda digər paytaxt təmsilçisi “Bakı”nın da rolu olub. “Qarabağ”ın xal itirməsinə səbəb olan “zolaqlılar” bununla da həmyerlilərinin yolunu açıb. Üçüncü pillədə qalan ağdamlılar məğlubiyyətdən güclə qaçaraq bundan sonra yalnız gümüş uğrunda mübarizə aparacaq.

İkinci “altılıq”da isə “Turan”ın qələbəsi “Simurq”un aşağı dəstəyə yuvarlanacağını rəsmiləşdirəcəkdi. Lakin “Muğan” Tovuz səfərindən qələbə ilə dönərək 7-ci yer uğrunda mübarizədən çəkilməyəcəyini göstərib.

1 may

20:00. AZAL – “Neftçi” - 1:3
QOLLAR: Qvidas Yuska, 90 - Cavid Hüseynov, 15, Ritus Krjauklis, 17 (ö.q.), Rodriqo Sezar Kastro, 90
QIRMIZI VƏRƏQƏ:Robert Petrov, 86
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Azər Əsgərov, Fariz Yusifov
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Cari mövsümdəki oyunlar – 0:1, 0:0, 1:2


“Qarabağ” – “Bakı” - 2:2
QOLLAR: Georgi Adamiya, 60, Admir Teli, 89 - Zaur Həışimov, 22-öz qapısına, Vaqif Cavadov, 25
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Mübariz Haşımov, Hacıəli Ağayev
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Cari mövsümdəki oyunlar – 2:0, 0:2, 0:0

“Turan” – “Muğan” - 0:1
QOL: Taqim Novruzov, 42
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Orxan Məmmədov
Tovuz. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 0:0, 1:1, 1:2

Turnir cədvəli

1 Neftçi 29 19 8 2 52-13 65
2 Xəzər Lənkəran 29 15 10 4 34-16 55
3 Qarabağ 29 16 6 7 36-18 54
4 AZAL 29 12 9 8 32-25 45
5 İnter 29 12 8 9 28-24 44
6 Bakı 29 9 10 10 31-28 37
7 Qəbələ 29 11 11 7 28-17 44
8 Muğan 29 11 8 10 25-28 41
9 Gəncə 29 8 11 10 29-31 35
10 Turan 29 6 6 17 21-41 24
11 Simurq 29 3 7 19 15-46 16
12 MOİK 29 2 6 21 9-53 12

Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.

Milli.Az