ВАША РЕКЛАМА МОЖЕТ БЫТЬ ЗДЕСЬ!
055 213 76 73


 

Bakının UEFA-ya göndəriləcək promo videosu hazırdır. AVRO-2020-ni keçirməyə namizəd olan paytaxtımız üçün hazırlanan videoda Azərbaycanın futbolçuları ilə yanaşı görməli yerləri də əks olunub.
2020-ci il Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür və apreldə lazımi sənədlər UEFA-ya təqdim olunacaq. Sonra UEFA-nın nümayəndələri namizəd şəhərlərə səfər edəcək və sentyabrın 21-də yekun qərar açıqlanacaq.

Futbol üzrə 2020-ci il Avropa çempionatına ev sahibliyi etmək üçün 20 şəhər namizədliyini irəli sürüb. Namizədlər şəhərlər sırasında Azərbaycan paytaxtı Bakının da adı var. Bakı ilə yanaşı, İstanbul (Tükiyə), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Kiyev, Donetsk (hər ikisi Ukrayna), Minsk (Belarus), Praqa (Çexiya), Budapeşt (Macarıstan), Bazel (İsveçrə), Brüssel (Belçika), Bilbao (İspaniya), Lion (Fransa), Amsterdam (Hollandiya), Belqrad (Serbiya), Sofiya (Bolqarıstan), Lissabon və ya Portu (Portuqaliya), Qlazqo (Şotlandiya), Kardiff (Uels) və Dublin (İrlandiya) şəhərləri də "Avro-2020”yə ev sahibliyi etmək üçün yarışacaqlar.

Lakin çempionatın oyunları Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin iki yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. "Avro-2016”da olduğu kimi "Avro-2020”nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.